Türkiyənin daha 10 tankı Suriya sərhədini keçib

Türkiyənin daha 10 tankı Suriya sərhədini keçib
  25 Avqust 2016    Oxunub:1826
Türkiyə tanklarının daha bir hissəsi bu gün Suriya sərhədini keçib.
AzVision.az-ın “Hürriyet"ə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 10.30 radələrində Türkiyənin Qaziantep vilayətinin Suriya ilə həmsərhəd Karakamış qəsəbəsindən 10 tank qonşu ölkəyə daxil olub.

Qeyd edək ki, ötən gün Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Cerablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.

Gün ərzində Cerablus ətrafındakı 4 kənd, axşam saatlarında isə Cerablus şəhəri İŞİD terrorçularından azad edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti