Türkiyənin aviasiyası Azərbaycanda - FOTOLAR

Türkiyənin aviasiyası Azərbaycanda - FOTOLAR
  19 Sentyabr 2014    Oxunub:1957
Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edəcək aviasiyası Azərbaycanadadır
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, irimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri sentyabrın 18-də Azərbaycana gəlib.
Sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edəcəklər.

Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcək.

Aviasiya vasitələrinin gəlişi davam edir.

Qalereya




Teqlər:  





Xəbər lenti