Türkiyəni bir-birinə qatan olayın təfərrüatı (VİDEO)

Türkiyəni bir-birinə qatan olayın təfərrüatı (VİDEO)
  01 Aprel 2015    Oxunub:4581
Türkiyədə ötən gün prokuroru girov götürən terrorçuların Mehmet Səlim Kirazın İstanbulun Çağlayan məhəlləsində yerləşən Ədliyyə Sarayındakı iş otağına necə daxil olmasının təfərrüatları məlum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular İstanbul Ədliyyə İdarəsinə daxil olarkən saxta vəkillik vəsiqəsindən istifadə ediblər. Onlar binaya daxil olarkən şübhə çəkməmək üçün vəkil libasında olublar.

Daha sonra terrorçular Mehmet Səlim Kirazın otağına daxil olublar. Onları otağa girdikdən sonra terrorçular qapını arxadan bağlasa da prokuror yardım düyməsinə basaraq kömək çağırıb. Amma qapı bağlı olduğundan təhlükəsizlik əməkdaşları içəri daxil ola bilməyiblər. Terrorçular prokurorun başına silah dirəyərək tələbələri yerinə yetirilmədiyi təqdirdə onu öldürəcəklərini deyiblər. Baş verən hadisədən sonra polis binanı mühasirəyə alıb. Giriş və çıxışlar tutulub. Ədliyyə binasına giriş tamamilə bağlanıb və bura xüsusi qrup göndərilib.

Daha sonra keçirilən əməliyyat zamanı 3 terrorçu öldürülüb. Prokuror yaralı halda xilas edilib. Vəziyyət ağır olan Mehmet Səlim Kiraz dünyasını dəyişib.

Terrorçuların cəsədləri isə Ədliyə Nazirliyinin Tibi Ekspertiza şöbəsinin morquna aparılıb.

Qeyd edək ki, öldürülən terrorçular İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləridirlər. Onların prokuroru girov götürməsi `Gəzi parkı` olayı ilə bağlıdır.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti