Türkiyədə üç sabiq səfir həbs olundu

Türkiyədə üç sabiq səfir həbs olundu
  27 Avqust 2016    Oxunub:1703
Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən üç sabiq səfir həbs olunub.
AzVision.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Gülən hərəkatına qarşı mübarizə çərçivəsində Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Kosta-Rikadakı keçmiş səfiri Əli Fındık həbs olunublar.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaş xaric edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti