Türkiyədə iki prospektə Qarabağ və Gəncə adları verildi

Türkiyədə iki prospektə Qarabağ və Gəncə adları verildi
  24 May 2016    Oxunub:1671
Əskişəhərdə (Türkiyə) Qarabağ və Gəncə adı verilən prospektlərin təntənəli açılış mərasimi keçirilib.
AzVision.az Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, tədbir Davulqa Bələdiyyəsi, Əskişəhər Azərbaycanlılar Dərnəyi və Emirdağ Kültür və Sənət Dərnəyinin birgə əməkdaşlığı ilə baş tutub.

Açılış mərasimi türk dünyasında həyatını itirən şəhidlər və terror qurbanlarınınxatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb, İstiqlal marşı və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə davam edib.

Açılışda Davulqa Bələdiyyəsinin sədri Salih Gündoğan, Əskişəhər Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın və başqaları çıxış edərək, iki dövlət arasında möhkəm dostluq, qardaşlıq münasibətlərindən danışıb, bu münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini qeyd ediblər.

Təntənəli mərasimdə Türk və Azərbaycan folklorundan nümunələr, milli musiqi və rəqslər ifa olunub. Xatirə hədiyyəlləri və plakatların təqdimatından sonra prospektin açılışını bildirən qırmızı lent kəsilib.

AzVision.az


Teqlər:





Xəbər lenti