Türkiyədə fövqəladə vəziyyət elan olundu

Türkiyədə fövqəladə vəziyyət elan olundu
  31 İyul 2015    Oxunub:3580
Türkiyənin Şırnaq valiliyinin qərarı ilə bölgədəki bəzi ərazilərdə müvəqqəti fövqəladə vəziyyət elan olunub.
Rəsmi mənbələrin məlumatına görə, bölgədə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlı qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb. Terrorçuları zərərsizləşdirmək üçün əraziyə zirehli texnika və helikopterlər cəlb olunub. Əhaliyə fövqəladə vəziyyət elan olunmuş ərazilərdən 15 gün müddətində uzaq olmaq barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, iyulun 30-da PKK hücumları nəticəsində Şırnakda biri zabit olmaqla 3 hərbçi şəhid olub.


Teqlər:





Xəbər lenti