Türkiyədə Suriya qaçqınlarını daşıyan qayıqlar batıb

Türkiyədə Suriya qaçqınlarını daşıyan qayıqlar batıb
  02 Sentyabr 2015    Oxunub:1901
Suriya qaçqınlarını daşıyan iki qayıq batıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Bodrumdan Yunanıstanın Kos adasına doğru hərəkət edən iki qayıq Egey dənizinin sularına qərq olub.

Hadisə nəticəsində 11 nəfər ölüb, 5 nəfər itkin düşüb, 6-sı isə xilas edilib.

Təhlükəsizlik qüvvələri dənizdə və havadan axtarışları davam etdirir.

Aysel Əliyeva



Teqlər:  





Xəbər lenti