Türkiyədə QİÇS-ə yoluxan azərbaycanlı tutuldu

Türkiyədə QİÇS-ə yoluxan azərbaycanlı tutuldu
  24 Yanvar 2015    Oxunub:2764
Türkiyəni Van bölgəsində polis fahişə qadınların saxlanılması üçün əməliyyat keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 15 qadın saxlanılıb. Saxlanılanlar arasında D.M adlı Azərbaycan vətəndaşı da var.

Həmin yoxlamasından sonra azərbaycanlı qadının QİÇS virusu daşıyıcısı olduğu məlum olub. Eyni zamanda o da bəlli olub ki, həmin qadın bir müddət öncə ölkədən deportasiya edilsə də, o qeyri-qanuni yolla yenidən Türkiyəyə daxil ola bilib.

Qadınlar ölkədən çıxarılmaq üçün aidiyyatı orqanlara təslim edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti