Türkiyədə 5 mindən çox terrorçu məhv edilib

Türkiyədə 5 mindən çox terrorçu məhv edilib
  28 May 2016    Oxunub:1652
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı antiterror əməliyyatlarına dair 10 ayın hesabatını açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son on ayda ölkədaxilində keçirilən əməliyyatlar nəticəsində 2 min 583, İraqın şimalında 2 min 366 olmaqla ümumilikdə 4 min 949 PKK terrorçusu öldürülüb.

Məlumata əsasən 747-si yaralı olmaqla 1478 terrorçu həbs edilib. Təslim olan terrorçuların sayı 700 nəfərdir. 10 ay ərzində 400 minə yaxın şəxs evini tərk etmək məcburiyyətində qalıb, 5 min ev zərər görüb.

300 mindən çox silah-sursat ələ keçirilib. Əməliyyatlar zmanı türk ordusu 483 şəhid verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti