Türkiyədə yenə zəlzələ oldu - 50 evə ziyan dəyib (VİDEOXƏBƏR)

Türkiyədə yenə zəlzələ oldu - 50 evə ziyan dəyib (VİDEOXƏBƏR)
  06 Fevral 2017    Oxunub:5219
Türkiyənin Çanaqqala vilyətində növbəti dəfə zəlzələ baş verib.
AzVision.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar 5,3 bal gücündə olub.

Zəlzələ nəticəsində 4 nəfər yaralanıb, 50-yə yaxın evə zərər dəyib. İlkin məlumata əsasən, hər iki zəlzələ nəticəsndə xeyli heyvan tələf olub.



***
(11:35)

Bu gün səhər saatlarında Türkiyənin Çanaqqala vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 06:51-də baş verib. Zəlzələnin episentri Ayvacıq rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 9,25 kilometr dərinlikdə yerləşib.

Son məlumata görə, zəlzələ nəticəsində 3 nəfər xəsarət alıb. Ayvacıq rayonunda köhnə tikili olan bir neçə yaşayış binası uçub. Zəlzələ həmçinin Muğla, Aydın və İzmirdə hiss edilib.





AzVision.az


Teqlər:  





Xəbər lenti