Türkiyədə referendumun vaxtı açıqlandı

Türkiyədə referendumun vaxtı açıqlandı
  10 Dekabr 2016    Oxunub:1781
Türkiyədə referendum 2017-ci ilin yazında keçirilə bilər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş nazirinin müavini Nurəddin Canikli bildirib.

Onun sözlərinə görə, Türkiyənin iqtidar partiyası parlamentə ölkənin yeni konstitusiya layihəsini dekabrın 9-da çıxaracaq.

Canikli, həmçinin 2019-cu ilə qədər təcili prezident və parlament seçkilərinin keçirilməsini istisna edib.

Daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyənin 2017-ci ilin yayında konstitusiyaya dəyişikliklər üzrə referendumun keçiriləcəyini bəyan etmişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti