Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğnan anons verdi

Türkiyədə ölüm hökmü bərpa olunur - Ərdoğnan anons verdi
  25 Fevral 2017    Oxunub:3953
Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə referendum keçirilə bilər.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bildirib ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edər: “Belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik, əgər bu, parlament tərəfindən qəbul edilməzsə. Xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq".

Qeyd edək ki, Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti