Türkiyədə 157 ton partlayıcı aşkarlandı

Türkiyədə 157 ton partlayıcı aşkarlandı
  28 Oktyabr 2016    Oxunub:1733
Türkiyənin Diyarbakır vilayətində 3 200 kisə partlayıcı maddə - ammonium-nitrat aşkarlanıb.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, maddələr vilayətdə keçirilən antiterror əməliyyatı çərçivəsində aşkarlanıb.

Əməliyyat Dirabakırın Hazro rayonunun Reşik məhəlləsində iki ayrı-ayrı ünvanda keçirilib.

Məlumata əsasən, bomba hazırlanmasında istifadə edilən partlayıcının ümumi çəkisi 157 ton olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti