Türkiyə yenə Suriyanı bombaladı
Məlumatda qeyd edilib ki, ərazidə atəş səsləri eşidilir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri ötən gündən başlayaraq PYD qruplaşmasının Suriyanın şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin Hərbi-Hava Qüvvələrinin YPG-nın Suriyadakı mövqelərinə zərbələr endirdiyini təsdiqləyib. Davudoğlu bunu məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
`Dünən və bu gün PKK-nın Suriya qanadı mülki obyektləri və mötədil müxalifətinin mövqelərini bombalamaqda davam edən Rusiya aviasiyasının dəstəyi ilə Azez şəhərinə hücum edib. Məsələ ilə bağlı mövqemiz tam aydındır. Əlavə edim ki, bu hücumlar zamanı sərhədləriniz pozulub. Silahlı Qüvvələriniz, hücuma məruz qalmış tərəf kimi, lazımi tədbirlər görürlər. Bizim Silahlı Qüvvələrimiz Azez rayonunda müəyyən hədəflərə cavab zərbəsi endiriblər`.
AzVision.az