Türkiyə təyyarəsi qəfil eniş etdi - Terror şübhəsi

Türkiyə təyyarəsi qəfil eniş etdi - Terror şübhəsi
  26 May 2016    Oxunub:1687
İstanbuldan Londona uçan “Turkish Airlines” kompaniyasına məxsus təyyarə Belqrad şəhərində təcili eniş edib.
AzVision.az `RİA Novosti`yə istinadla xəbər verir ki, bu barədə Nikola Tesla hava limanının mətbuat xidməti məlumat verib.

Bildirilib ki, təyyarənin göyərtəsində olan 300 sərnişin və 15 ekipaj üzvü təxliyə edilib.

Laynerdə sahibi məlum olmayan mobil telefonun aşkarlanmasının terror şübhəsi yaratdığı bildirilir. Bundan əlavə qeyd edilib ki, təyyarədə partlayıcı qurğu axtarışı aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti