Türkiyə soyuqdan donur-FOTOLAR

Türkiyə soyuqdan donur-FOTOLAR
  23 Noyabr 2014    Oxunub:1992
Anadoluda yağan qar Türkiyənin böyük hissəsində həyatı iflic edib.
Bəzi yerlərdə qarın hündürlüyü 15 santimetrə çatıb.

Ölkənin bəzi yerlərində isə temperatur o qədər aşağı düşüb ki, bəzi insanlar hətta maşınlarını şaxtanın verə biləcəyi zərərdən qorumaq üçün üzərinə yorğan örtməli olublar. Evlərin kənarlarından asılmış buz lülələr isə yoldan keçənlər üçün əsl təhlükəyə çevrilib.

Qonşu ölkədə hava şəraitinin belə sərt keçməsi Azərbaycanda da özünü göstərib. Belə ki, azərbaycanlı hidrometeoroloqlar da noyabrın son ongünlüyünün qeyri-sabit keçəcəyini, ölkədə yağış, sulu qar, qar yağacağını bildiriblər.

Qalereya




Teqlər:  





Xəbər lenti