Türkiyə sərhədində 35 min qaçqın toplaşıb

Türkiyə sərhədində 35 min qaçqın toplaşıb
  07 Fevral 2016    Oxunub:1279
Türkiyə sərhədində 48 saat ərzində 35 minədək suriyalı qaçqın toplaşıb.
Bu barədə Kilis əyalətinin valisi Süleyman Tapsız bildirib. Məlumata görə, hazırda sərhədin Suriya istiqamətində yaradılan düşərgələrdə qaçqınların yerləşdirilməsi prosesi davam etdirilir.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Amsterdamda keçirilən mətbuat konfransında Türkiyə-Suriya sərhədinin açıq olduğunu bildirib. Onun sözlərinə görə, hazırda 55 minədək suriyalı qaçqın Türkiyə sərhədinə doğru irəliləməkdədir.




Teqlər:





Xəbər lenti