Türkiyə matəm elan etdi

Türkiyə matəm elan etdi
  24 Yanvar 2015    Oxunub:3490
Türkiyədə bir günlük matəm elan olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, matəm 90 yaşlı Səudiyyə Ərəbistanı kralı Abdullah Bin Əbdüləzizin vəfatı ilə əlaqədardır.

Matəmlə əlaqədar bütün Türkiyədə bayraqlar yarıya qədər endiriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan da bu hadisəyə görə Afrikadakı rəsmi səfərini yarımçıq qoyaraq, kralın dəfn mərasimində iştirak etmək üçün Ər-Riyad şəhərinə gəldi.


Teqlər:  





Xəbər lenti