Türkiyə israrla ABŞ-dan Güləni tələb edir

Türkiyə israrla ABŞ-dan Güləni tələb edir
  25 Sentyabr 2016    Oxunub:2039
Türkiyənin xarici işlər naziri (XİN) Mövlud Çavuşoğlu növbəti dəfə ABŞ-dan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyasını tələb edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, XİN rəhbəri 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı lazımı sənədlərin ABŞ-a göndərildiyini bildirib.

Çavuşoğlu “ABŞ-dan ən qısa vaxtda Gülənin geri qaytarılmasını gözləyirik”-deyə vurğulayıb.

“Türkiyədəki qiyam cəhdinin arxasında FETÖ təşkilatının durduğuna 100 faiz əminik. ABŞ daxil olmaqla hər kəs dövlət çevrilişi cəhdinin arxasında Fətullah Gülənin və ona bağlı olanların durduğunu bilir. Biz Amerikadan onun qaytarılmasını istəyirik. Onlar bizdən dəlillər istədilər, biz də bunu etdik”.

AzVision.az


Teqlər:





Xəbər lenti