Türkiyə daha 6 şəhid verdi

Türkiyə daha 6 şəhid verdi
  24 İyun 2016    Oxunub:1508
Türkiyə ordusu keçirilən antiterror əməliyyatları nəticəsində 6 hrəbçisini itirib.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Mardinin Derik rayonuna bağlı Soğukkoyu kəndinə əməliyyatlar üçün gedən hərbçi dolu avtomobilə terrorçular hücum edib. Hadisə nəticəsində iki hərbçi şəhid olub.

Hakkari-Çukurca magistral yolunda yola quraşdırılan bombanın aşkarlanaraq zərərsizləşdirilməsindən sonra bölgədə əməliyyatlar başlayıb. Tələ quran PKK terrorçuların açdığı atəş nəticəsində 4 hərbçi dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti