Türkiyə bankları Rusiyanı tərk edir

Türkiyə bankları Rusiyanı tərk edir
  09 Fevral 2016    Oxunub:2192
Türkiyəli biznesmenlərə məxsus olan Rusiyanın Avropa Kredit Bankı satışa çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın `Kommersant` qəzeti bank sektorunda olan mənbəyə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, bu addım Türkiyədən olan oyunçuların Rusiya bank sektorunu kütləvi şəkildə tərk etməsi anlamına gələ bilər.

İlkin olaraq bankın müəyyən güzəştlə (19 milyard rubla) satışa çıxarılması gözlənilir. Bankın satılmasına səbəb kimi 2015-ci ilin sonlarında pisləşən Rusiya-Türkiyə münasibətləri göstərilir.

Avropa Kredit Bankı Türkiyə kapitalı ilə işləyən ən böyük Rusiya bankıdır. Bank 1994-cü ildən Rusiyada fəaliyyət göstərir, 2007-ci ildə bu adı alıb.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən ilin noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib. Bundan sonra Rusiya və Türkiyə arasında münasibətlər kəskinləşib. Hətta Rusiya birtərəfli qaydada Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Bu insidentdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Putinlə dəfələrlə görüşməyə dair təşəbbüs göstərsə də, Rusiya lideri hər dəfə bundan imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti