Türkiyə Suriya ilə sərhəddə divar tikir

Türkiyə Suriya ilə sərhəddə divar tikir
  30 İyul 2015    Oxunub:2301
Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə xəndəklər qazır və divar tikir
. Bu barədə AzVision.az `Hurriyet` qəzetinə istinadən xəbər verir.

Sərhəddə tikilən divarın hündürlüyü 2,5 metr, qalınlığı isə 1 metrdir. Tikilən divar Türkiyə tərəfini raketlərdən də qoruya biləcək.

Məlumatda vurğulanır ki, Türkiyə tərəfi artıq 24 saat ərzində 2,5 kilometr uzunluğunda divar tikib.

Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib.

İyulun 27-i Türkiyə Hərbi hava Qüvvələri (HHQ) PKK-nın Şimalı İraqdakı `Hakurk` hərbi düşərgəsini yerlə yeksan edib.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti