Türkiyə Papanın xahişini rədd etdi

Türkiyə Papanın xahişini rədd etdi
  27 Noyabr 2014    Oxunub:1885
Noyabrın 28-30-u tarixlərində Türkiyəyə səfər edəcək Roma Papası Fransis rəsmi Ankaradan maraqlı xahiş edib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək Papa səfər zamanı istifadə etmək üçün “Fiat Albea” istəyib. Lakin təhlükəsizlik səbəbindən Türkiyə bu xahişi yerinə yetirə bilməyəcəyini bildirib.

Eyni zamanda bildirilir ki, Papanın səfəri zamanı onu 7 min polis qoruyacaq. Və Papa 5 ulduzlu otel əvəzinə Vatikanın Səfirliyinin Şişlidə olan iqamətgahında qalacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti