Türkiyə İsraillə barışır – Ərdoğandan tarixi qərar

Türkiyə İsraillə barışır – Ərdoğandan tarixi qərar
  27 İyun 2016    Oxunub:4765
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin lideri Mahmud Abbası İsraillə Qəzada humanitar vəziyyətin yaxşılaşdırılması barədə saziş haqqında məlumatlandırıb.

Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

İsrail KİV-lərinin yaydığı məlumata görə, İsrail və Türkiyə nümayəndələri bazar günü Romada keçirilən danışıqlarda münasibətlərin normallaşdırılması barədə razılığa gəliblər.

Bu gün İtaliyaya səfər edəcək İsrailin baş naziri Binaymin Netanyahu və Türkiyənin hökumət başçısı Binali Yıldırımın əldə edilən razılıqla bağlı bəyanat verəcəyi gözlənilir.

Məlumata əsasən münasibətlərin normallaşdırılması barədə sənəd bu il ölkə hökumətlərinə təqdim olunacaq.

Hələlik sənədin detalları açıqlanmır. Ehtimal olunur ki, sənəddə səfirlərin Təl-Əviv və Ankaraya geri qaytarılması, həmçinin rəsmi səfərlərin bərpa olunması qeyd olunub.

Bundan əlavə İsrail tərəfi Türkiyəyə Qəza sektorunda humanitar layihələrin reallaşdırılması üçün genişləndirilmiş imkanlar təqdim edəcək. Öz növbəsində Türkiyə HƏMAS təşkilatının onun nəzarətində olan ərazilərdən İsrailə qarşı terror aktları törətməsinin qarşısını alacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti