Türkiyə İsraillə anlaşdı

Türkiyə İsraillə anlaşdı
  27 İyun 2016    Oxunub:1882
Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılması adına Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu ilə İsrailin baş naziri Binyamin Netanyahunun xüsusi nümayəndəsi Cozef Ciechanover Romada görüşərək əlaqələrin normallaşması naminə razılığa gəlib.
AzVision.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyə tərəfindən rəsmi bəyanat verilmədiyi halda, “Reuters” agentliyinin İsrailli üst səviyyəli bir rəhbərliyə istinadən xəbərinə görə, Türkiyə və İsrail arasında razılığa gəlinib.

Türkiyə ilə İsrail münasibətlərinin normallaşması prosesi çərçivəsində iki ölkənin nümayəndə heyətləri Romada bir araya gəlmişdi.

Baş nazir Binali Yıldırım, bir müddətdir İsrail ilə aparılan müzakirələrdə imzalanan müqavilə ilə bağlı iyunun 27-də saat 13:00-da Çankaya Köşkündə bəyanatlar verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti