Türkiyə Gülənin ekstradisiyasını rəsmən tələb edib – ABŞ

Türkiyə Gülənin ekstradisiyasını rəsmən tələb edib – ABŞ
  24 Avqust 2016    Oxunub:2554
ABŞ Dövlət Departamenti Türkiyənin Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin təhvil verilməsini rəsmən tələb etdiyini açıqlayıb.

Bu barədə AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner keçirdiyi brifinqdə qeyd edib ki, Türkiyənin Fətullah Gülənin ekstradisiyasına dair sorğusu onun çevrilişlə əlaqəli olması ittihamı ilə bağlı deyil.

Qeyd edək ki, ABŞ-ın Fətullah Güləni Türkiyəyə qaytarılması ilə bağlı iki ölkə arasında danışıqlıqlar başlayıb. Məsələni müzakirə etmək üçün ABŞ-dan Türkiyəyə 4 nəfərlik nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin tərkibində ABŞ Ədliyyə Nazirliyinin 3, Dövlət Departamentinin isə bir əməkdaşı var. Bu gun isə iki ölkə təmsilçilərin görüşü olub. Türkiyə tərəfi ölkədə baş verən 15 iyul qiyamının təşkilində Fətullah Gülənin olmasının sübutlarını ABŞ təmsilçilərinə təqdim edib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti