Türkiyə Ermənistana ordu göndərir

Türkiyə Ermənistana ordu göndərir
  09 Oktyabr 2015    Oxunub:5200
Türkiyə beynəlxalq razılaşmaya əsasən Ermənistana hərbi heyət göndərəcək.

AzVision.az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada bildirilir.

Türk əsgərləri Ermənistana Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində Ermənistana yollanacaq.

“Razılaşma çərçivəsində Türkiyənin rəhbərliyi ilə 11 oktyabr tarixindən Ermənistanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində nəzarət həyata keçiriləcək. Türkiyə Nəzarət Qrupunun tərkibində Slovakiyadan olan hərbçi də yer alacaq. Yoxlamalar həyata keçirildikdən sonra qrup oktyabrın 14-də Türkiyəyə qayıdacaq”, - deyə məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti