Türkiyə 58 gündə 72 şəhid verdi

Türkiyə 58 gündə 72 şəhid verdi
  03 Sentyabr 2015    Oxunub:1598
Cari ilin 22 iyul tarixindən bu günə qədər Türkiyə Silahlı Qüvvələri tərəfindən terrorçu qruplaşma olan PKK-ya qarşı keçirilən əməliyyatlarda 965 terroçu zərərsizləşdirilib, 28-i yaralı omaqla 28 terrorçu saxlanılıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, terror hadisələrində 72 nəfər təhlükəsizlik qurumlarının əməkdaşı (əsgər, polis və mühafizəçi) şəhid olub, 3-ü İran vətəndaşı olmaqla 281 nəfər yaralanıb.

Son 58 gündə terrorçular tərəfindən 249 tır yandırılıb.

Bu müddət ərzində Türkiyə təhlükəsizlik qurumları fəaliyyəti ölkənin milli təhlükəsizliyinə təhdid yaradan İŞİD, PKK və digər terror qruplaşmalarının silahlılarına qarşı irimiqyaslı antiterror əməliyyatı zamanı 2 264 nəfər saxlanılıb. Onlrdan 587-si həbs edilib.

Eyni zamanda Türkiyə ordusunu havadan keçirdiyi əməliyyat zamanı ölkə daxilində 250-300, sərhəddən kənar keçirdiyi əməliyyatlarda isə 580 terrorçunun yaralanıdığı ehtimal edilir.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti