Türkiyə ordusunda hicab qadağası ləğv olundu

Türkiyə ordusunda hicab qadağası ləğv olundu
  22 Fevral 2017    Oxunub:2810
Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınlar üçün nəzərdə tutulan baş örtüyü qadağası aradan qaldırılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin qərarı ilə Baş Qərargah və digər əlaqəli birliklərdə xidmətdə olan qadın gizir və zabitlər istədikləri təqdirdə bundan sonra baş örtüyündən istifadə edə biləcəklər.

Eyni zamanda yeni dəyişiklik hərbi tələbələrə də şamil olunub.

İlkin Nəcəfovzadə
AzVision.az


Teqlər:





Xəbər lenti