Türk nazirdən manat açıqlaması

Türk nazirdən manat açıqlaması
  27 Fevral 2015    Oxunub:2636
Azərbaycan milli valyutasının devalvasiyası haqqında qərarı ölkəyə olan idxalın qiymətinin artması ilə nəticələnəcək. Lakin bu Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrə təsir etməyəcək.
AzVision.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Nazir hesab edir ki, Azərbaycanın bu addımı qaçılmaz idi: “Dünyada neftin qiymətləri sürətli şəkildə aşağı düşür. Azərbaycanın isə azalda bilmədiyi xərcləri var. Bu vəziyyətdən çıxmaq üçün isə devalvasiya labüd idi. Hesab edirəm indi ölkə rahat nəfəs alacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti