Türk dünyasının tanınmış sənətçiləri Bakıya gələcək

Türk dünyasının tanınmış sənətçiləri Bakıya gələcək
  21 Aprel 2014    Oxunub:1046
Türk dünyasının tanınmış sənət adamlarının Azərbaycana səfəri aprel ayının 28-də reallaşacaq.
AzVision.az Axsam.az-a istinadən xəbər verir ki, qonaqları ölkəmizə Azərbaycan Türkiyə Evi (ATEV) rəhbərliyi dəvət edib.

Türkiyədən tanınmış sənətçi Əhməd Şəfəq, Yakutyadan Yuliyana Krivoşapkina və Aleksandr Diaçkovski, Sordan tanınmış sənətçi Çiltis Tannaqaşeva, Altaydan İrina Kenzina, Marina Saksayeva, Qırğızıstandan Fatima Sultanova, xalq sənətçisi Kenjebek Sadırbekov bir həftə ərzində Azərbaycanda qonaq olacaq, mədəniyyət xadimləri və media mənsubları ilə görüşəcək.

Türk dünyası sənətçilərinin Azərbaycana dəvət olunmasında məqsəd qədim türk mənəvi dəyərlərini yaşadan türk toplumları arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və onların tanıdılmasıdır.

Xatırladaq ki, ATEV indiyə qədər Şah İsmayıl-Sultan Səlim və Atatürk beynəlxalq konfranslarını keçirib.


Teqlər:





Xəbər lenti