Turizm Peşə Məktəbinin direktoru vəfat edib

Turizm Peşə Məktəbinin direktoru vəfat edib
  17 Aprel 2015    Oxunub:1940
Bakı Turizm Peşə Məktəbinin direktoru Babayev Faiq Ələskər oğlu vəfat edib.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı Turizm Peşə Məktəbinin direktoru Babayev Faiq Ələskər oğlu aprelin 17-də vəfat edib.

Babayev Faiq Ələskər oğlu 1950-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, texnoloq, mühəndis ixtisası üzrə həmin ali təhsil ocağını bitirib.

Faiq Babayev əmək fəaliyyətinə 1968-ci ildən ali təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb. 1976-77-ci illərdə 2 saylı Texniki Peşə Məktəbində komsomol katibi, 1977-81-ci illərdə Bakı Şəhər Komsomol Komitəsində Pioner və gənclər şöbəsində və Nərimanov Rayon Kommunist Partiyasında təlimatçı kimi çalışıb.

O, 1981-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Texniki Nəzarət Şöbəsində mühəndis işləyib. 1993-2000-ci illərdə özəl şirkətdə rəhbər vəzifələrdə işləyib. Həmin ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Gənclik Beynəlxalq Turizm Mərkəzində direktor müavini, 2006-2012-ci illərdə isə mərkəzin direktoru vəzifələrində çalışıb.

2012-2013-cü illərdə Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin tədris istehsalat işləri üzrə direktor müavini, 2013-cü ildən isə həmin tədris ocağının direktoru vəzifəsində işləyirdi.

Ailəli idi, 3 övladı vardı.

AzVision.az


Teqlər:  





Xəbər lenti