Turistləri daşıyan avtobus aşdı, 16 ölü

Turistləri daşıyan avtobus aşdı, 16 ölü
  23 İyul 2016    Oxunub:2316
İranda turistləri daşıyan sərnişin avtobusu qəza törədib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tehranın şimalındakı Kərəc-Çalus avomobil yolunda baş verib.

Belə ki, yüksək sürətlə hərəkət edən avtobus idarəetməni itirərək elektrik dirəyinə çırpılıb. Nəticədə avtobus aşıb.

Qəza nəticəsində 16 nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti