Trampın andiçməsində Azərbaycanı kim təmsil edəcək? - EKSKLÜZİV (VİDEOXƏBƏR)

09:24   11 Yanvar 2017    Oxunub: 26378

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun iştirakı gözlənilir.

Bu barədə AzVision.az-a eksklüziv açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi Azad Aslanov bildirib.

Onun sözlərinə görə, ABŞ-ın protokol qaydalarına və təşəkkül tapmış təcrübəyə əsasən adətən ABŞ prezidentlərinin andiçmə mərasimlərində xarici dövlətlər Vaşinqtonda akkreditasiya olunmuş diplomatik missiyaların rəhbərləri səviyyəsində təmsil olunurlar. Bu səbəbdən, göstərilən qaydalara uyğun olaraq ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trampın andiçmə mərasimlərində Səfirliyin iştirakı gözlənilir.

Qeyd edək ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.

Donald Trampın inaqurasiya mərasimi yanvar ayının 20-də keçiriləcək.



Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər:  


Rubrikanın digər yazıları