Tramp öz reklamına 140 milyon xərcləyəcək

Tramp öz reklamına 140 milyon xərcləyəcək
  24 Sentyabr 2016    Oxunub:1316
ABŞ prezidenti postuna Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp seçki gününədək KİV-də təşviqat kampaniyasına 140 milyon dollar xərcləmək fikrindədir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, vəsaitin 100 milyon dolları televiziya reklamına, 40 milyon dolları isə elektron KİV-lərə xərclənəcək.

Qeyd edək ki, Demokrat Hillari Klintonun reklam xərcləri hələ avqust ayında 300 milyon dolları ötmüşdü.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-nə təyin olunub. Tramp və Klinton növbəti həftə teledebatlar keçirəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti