Tramp müşavirini Kremllə danışıqlara göndərdi

Tramp müşavirini Kremllə danışıqlara göndərdi
  08 Dekabr 2016    Oxunub:3885
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müşaviri Karter Peydc Moskvaya səfər edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onun Rusiya paytaxtında bir sıra görüşlər keçirəcəyi bildirilir.

“Mən nüfuzlu biznesmenlər və ideya liderləri ilə görüşəcəyəm”, - deyə Peydc söyləyib.

Trampın müşaviri, həmçinin dekabrın 13-nə qədər Moskvada qalacağını vurğulayıb.

Daha əvvəl Peydc bildirmişdi ki, ABŞ-ın yeni seçilən prezidentinin Administrasiyasına Rusiya-ABŞ əlaqələrinin potensialına inanan insanlar lazımdır. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinə inam olmadan ölkələr arasında dialoq mümkünsüzdür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti