Tramp iki ştatda Klintonu qabaqlayır

Tramp iki ştatda Klintonu qabaqlayır
  27 Oktyabr 2016    Oxunub:1543
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp ABŞ-ın 2 cənub ştatında öz rəqibi Hillari Klintonu qabaqlayır.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Monmut universitetinin keçirdiyi sorğuya əsasən respondentlərin 46 faizi Trampı, 45 faizı isə Klintonu dəstəkləyir.

Blumberq agentliyinin keçirdiyi sorğuya əsasən, sorğuda iştirak edənlərin 45 faizi Trampı, 43 faizı isə Klintonu dəstəkləyir.

Qeyd ədək ki, ABŞ-da prezident seçkiləri noyabr ayının 8-i keçiriləcək. Hələlik, sorğuların əksəriyyətinə görə, Klinton Trampı qabaqlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti