Tramp Klintondan irəlidədir - `Los Angeles Times`

Tramp Klintondan irəlidədir - `Los Angeles Times`
  28 Oktyabr 2016    Oxunub:1655
“Los Angeles Times” qəzetinin keçirdiyi yeni sorğu Respublikaçılar partiyasından namizəd Donald Trampın cüzi fərqlə rəqibi Hilari Klintonı üstələdiyini göstərib.
AzVision.az xəbər verir ki, Tramp seçkilərə 11 gün qalmış belə bir nailiyyətə müvəffəq olub.

“Oktyabrın 28-ə olan məlumata görə 45,2 faiz seçici Trampa səs verməyə hazırdır. Klintonu isə 44, 5% seçici dəstəkləyir”, - deyə qəzetin sorğusunda bildirilir.

Yeni sorğuda 3,208 insan iştirak edib. Nəşr vurğulayır ki, sorğunun nəticələri bir-birinə olduqca yaxındır. Ona görə də hər hansı bir namizədin üstünlüyündən danışmaq tezdir.

Qeyd edək ki, “Los Angeles Times” nəşrinin mərkəzi ofisi Kaliforniya ştatında yerləşir. Bu ştatda ənənəvi olaraq Demokratlar partiyasının namizədi qalib gəlir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti