Traktorla iki maşın toqquşdu, ölən var

Traktorla iki maşın toqquşdu, ölən var
  03 Avqust 2015    Oxunub:1566
Qubada traktorla iki minik avtomobili toqquşub.
AzVision.az - ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Qaraçay kəndində 1-ci Nügədi kənd sakini Elvin Həsənovun idarə etdiyi "T-40" markalı traktorla Bakı şəhər sakini Qüdrət Mönsümovun və Sumqayıt şəhər sakini Əlisa Məmmədovun idarə etdikləri avtomobillər toqquşub.

Nəticədə Q.Mönsümovun sərnişini Abşeron rayon sakini Vüsal Həsənov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdərsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti