Traktor oğrusu tutuldu

Traktor oğrusu tutuldu
  31 İyul 2015    Oxunub:2476
Daşkəsəndə həmkəndlisinin traktorunu qaçıran şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq kəndindən kənd sakini Əmrah İsmayılova məxsus "MTZ-80" markalı traktor qaçırılıb. Traktor Təzəkənd kəndinin ərazisində tapılıb.

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakini Nəriman Əliyev tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti