Tovuzu dəhşətə gətirən müəmmalı qətl

Tovuzu dəhşətə gətirən müəmmalı qətl
  27 Aprel 2015    Oxunub:4031
Xəbər verdiyimiz kimi, ötən gün Tovuzda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Əlimərdanlı kənd sakini Müşfiq Hüseynov kimliyi bilinməyən şəxslər tərəfindən güllələnərək öldürülüb.
43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində, kənd qəbristanlığının yanında tapılıb.

Mərhumun ailə üzvləri də Tovuzu dəhşətə gətirən qətlin səbəbini bilmir.

M.Hüseynovun qohumları AzVision.az-a bildirib ki, mərhumun rayonda heç kimlə düşmənçiliyi olmayıb: `Müşfiqi ov silahından güllələyiblər. Onun bədənində 3 güllə zərbəsi var idi. O, gecə saat 11 radələrində ailəsini maşınla evinə gətirib. Daha sonra tez gələciyini deyərək evdən çıxıb. Səhərisi gün isə Müşfiq maşınında öldürülümüş vəziyyətdə tapılıb`.

Yaxınlarının sözlərinə görə, fermer başqa yerdə öldürülərək qəbristanlığa gətirilib.

`Müşfiqin cənazəsi dünən dəfn olunub. Onun bir oğlu və bir qızı var. Uşaqları çox balacadırlar. Qızının 13, oğlunun isə 10 yaşı var. Müşfiqi niyə öldürüblər, heç kimi bunu bilmir. O elə insan deyildi. Heç kimlə düşmənçiliyi də yox idi. Sakit başını aşağı salıb işini görürdü`.

Qohumlarının dediyinə görə, mərhum sahibkarlıqla məşğul olub: `Onun 100 başa yaxın qoyunu və mal-qarası var. Öz gücünə ailəsini saxlayırdı. Borcu da yox idi. İmkanı da normal idi. Hadisənin araşdırıldığını deyirlər. Biz də bilmək istəyirik, onu kim, hansı səbəbə öldürüb`.

Qeyd edək ki, Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib. Qətlin kim yaxud kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti