Tovuzlular icra başçısının sözünə baxmırlar - QALMAQAL

Tovuzlular icra başçısının sözünə baxmırlar -  QALMAQAL
  01 Sentyabr 2014    Oxunub:4203
Azərbaycanda təmtəraqlı yas mərasimlərinə nəzarət etmək məqsədilə rayon icra hakimiyyətlərinə xüsusi tapırıqlar verilib.
Belə ki, rayonlarda bu işlərlə xüsusi olaraq, icra başçılarının birinci müavinləri məşğul olacaqlar. Lakin paytaxt Bakıya baxmayaraq, bölgələrdə bu qərara sakinlər tərəfindən münasibət birmənalı deyil.

Onlar əvvəlki qaydada yüksək təmtəraqla yas mərasimlərini keçirməkdə israrlıdırlar.

Hətta onlara icra hakimiyyətinin nümayəndələri dəfələrlə xəbərdarlıq etsələr də, buna məhəl qoyulmur.

Belə bir problem Tovuz rayonunda qeydə alınıb. Bununla bağlı AzVision.az-a Tovuz sakinlərindən şikayət daxil olub.

Bildirilib ki, rayonun İbrahimhacılı kənd sakinləri icra başçısının tapşırıqlarını qulaq ardına vuraraq yas mərasimlərini bildikləri kimi təşkil edir, istafçılığa yol verirlər.

Sakinlərin bildirdiyinə görə, icra hakimiyyətindən kəndə bir neçə dəfə nümayəndələr gəlsələr də, onların bu tapşırıqları heçə sayılıb. Hətta icra hakimiyyətinin işçiləri ilə sakinlər arasından mübahisə düşdüyü bildirilir.

“Biz dədə-babadan belə görmüşük. Kimisə məcbur etmirik ehsan versinlər. Bizim kəndin öz adəti var, ölümüz öləndə hamı kimi biz də onun adına layiq ehsan vermək, ruhunu yad etmək istəyirik. Axı necə olar, bundan əvvəl ehsan vermişik, 40 gün yas saxlamışıq, indi necə olar ki, bu adətləri silib ataq”-deyə adı çəkilən kəndin sakinləri bildirib.

İcra hakimiyyətindən isə bildiriblər ki, dövlətin yas mərasimlərinə nəzarətə bağlı tapşırığı təkcə İbrahimhacılı kəndində deyil, bütövlükdə rayonun hər bir ərazisində yerinə yetirilməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti