Tovuzda yol qəzası- 3 ölü, 1 yaralı

Tovuzda yol qəzası- 3 ölü, 1 yaralı
  31 Avqust 2015    Oxunub:2189
Tovuzda baş verən yol qəzası zamanı üç nəfər ölüb, bir nəfər yaralanıb.
AzVision.az DİN-nin saytına istinadən xəbər verir ki, avqustun 30-da saat 01.00 radələrində Tovuz rayonunun Qaraxanlı kəndində kənd sakini Rəsul Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış həmkəndlisi Zeynalabdin Zeynalova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə R.Süleymanov və sərnişinlərindən həmyerliləri Murad Əliyev, Ehtiram Quliyev hadisə yerində ölüblər. Xəsarət almış digər sərnişini İbrahim Əsədov isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti