Tovuzda yanğın olub

Tovuzda yanğın olub
  28 İyul 2016    Oxunub:1210
Tovuzda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, Qovlar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaqlı evin aynabəndində 30 kv.m sahədə ev əşyaları yanıb.

Yüksək temperaturdan 2 ədəd plastik pəncərə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti