Tovuzda üç mərtəbəli obyekt və mağaza yandı

Tovuzda üç mərtəbəli obyekt və mağaza yandı
  03 Avqust 2015    Oxunub:3150
Tovuz rayonunun Aşağı Quşçu kəndində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 1080 kv.m olan üçmərtəbəli, mansarddan ibarət obyektin 2-ci mərtəbəsinin lambirdən olan tavanı 308 kv.m sahədə, 3-cü mərtəbəsinin mansardının yanar konstruksiyaları 360 kv.m sahədə və bitişik ümumi sahəsi 312 kv.m olan birmərtəbəli qarışıq mallar mağazasının dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, obyektin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti