Tovuzda döyüş gedir - 2 yaralı

Tovuzda döyüş gedir - 2 yaralı
  26 İyul 2014    Oxunub:2100
Tovuz rayonunun Əlibəyli kəndində döyüş gedir.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, ermənilərin aramsız açdıqları atəş nəticəsində 2 kənd sakininin yaralandığı deyilir.

Hər iki tərəfdən iri çaplı silahlardan atəş açıldığı bildirilir.

Bu haqda informasiyanı Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova deyib.

Onun sözlərinə görə, hazırda kənddə vəziyyət çox gərgindir. "Əməlli-başlı döyüş gedir. 2 nəfər yaralanıb. Onlardan biri uşaqdır. Hərbi maşınların köməyilə uşaq Tovuz rayon xəstəxanasına aparılıb. Digər yaralı isə təqribən 50 yaşında olan Anya Ələsgərovadır. Uşağın kimliyi haqda isə hələlik məlumat yoxdur, ancaq onun 5-6 yaşda olduğu deyilir”, - deyə Minayə İsmayılova bildirib.

Son anda alınan məlumata görə atəş dayandırılıb.

Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov bildirib ki, Əlibəylidə yaralananlardan birinin vəziyyəti ağırdır.

"Güllə onun boyun nahiyyəsindən girərək sifətində dayanıb. Hazırda onun əməliyyat edilməsi üçün hazırlıqlar gedir", - deyə baş həkim bildirib.




Teqlər:





Xəbər lenti