Tovuzda bir gecədə 3 mağazanı yardılar - VİDEO

Tovuzda bir gecədə 3 mağazanı yardılar - VİDEO
  02 Sentyabr 2015    Oxunub:2005
Tovuz sakini Kamil Abdullayevin marketinin qapısını dəmir alətlərlə sındıran oğrular oradan iki yüz manat götürərək aradan çıxıblar. Mağaza sahibi səhər saatlarında satış mərkəzinə gələrkən qapının açıq olduğunu və ətrafda iri dəmir parçası görüb. Mağazaya daxil olan zərərçəkən orada gecə saxladığı iki yüz manat nəğd pulun oğurlandığına şahidlik edib.

Rayon ərazisində daha iki mağazaya baş vuran qəhrəmanlar oradan da müxtəlif məbləğdə pul götürüblər. Mağazalardan birində yerləşdirilən bankomatdan oğurluğa cəhd etsələr də "qəhrəman"ların bu planı baş tutmayıb.

Qeyd edək ki, oğurluq baş verən mağazaların hər birində müşahidə kameraları hadisələri anbaan lentə ala bilib. Faktla bağlı Tovuz Polisi araşdırmalara başlayıb. (Region TV)




Teqlər:





Xəbər lenti