Tovuzda ailə faciəsi - 2 qardaş öldü

Tovuzda ailə faciəsi - 2 qardaş öldü
  29 Avqust 2014    Oxunub:2922
Bakı-Qazax avtomagistralının 433-cü kilometrliyində 2 nəfərin ölümü 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Türkəl TV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Şəmkir rayonu qeydiyyat nişanlı “Mersedes” markalı minik avtomobili ilə, Gürcüstan qeydiyyatında olan “TIR Skanıya” markalı yük maşını toqquşub.

Qəza nəticəsində “Mersedes”də olan 2 qardaş Samir və Rövşən Balayev həlak olub, digər sərnişin Fazil Əmraslanov isə yaralanıb.

Hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti