Tovuzda 10 otaqlı ev yandı

Tovuzda 10 otaqlı ev yandı
  20 Oktyabr 2014    Oxunub:1682
Tovuz rayonunda güclü yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Alakol kəndində vətəndaşa məxsus ümumi sahəsi 680 kv.m olan ikimərtəbəli 10 otaq və aynabənddən ibarət evin çardağında taxta atmalar və çardağa səpilmiş yonqar 90 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti