Tovuzda 11 illik məktəblər ləğv edilir - Yenilənib

Tovuzda 11 illik məktəblər ləğv edilir - Yenilənib
  24 Yanvar 2017    Oxunub:8377
Təhsil Nazirliyi Azərbaycanda təmayülləşməyə keçidlə əlaqədar olaraq, 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, burada XI sinfin və yaxud tam orta təhsil mərhələsinin ləğvindən söhbət gedə bilməz. Təhsil haqqında qanunda 11 illik təhsil nəzərdə tutulub və onun ləğvi mümkün olan hal deyil.

“2011-ci ildən Azərbaycanda pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi gündəmə gəlib. Həmin ildən bu proses Bakıda təşkil olunub və sonradan coğrafiyası genişlənib. Bu il Azərbaycanın 180-dan artıq məktəbində tam orta təhsilin təmayüllər üzrə təşkilinə start verilib. “Şagirdlərin meyl və maraqları nəzərə alınaraq, onlar həmin təmayüllər üzrə tam orta təhsillərini X-XI siniflərdə davam etdirə bilərlər”.

C.Valehiov qeyd edib ki, IX sinfə kimi isə ümumi orta təhsil mərhələsidir və bu təhsil icbaridir.

“Şagirdlər icbari təhsil pilləsini başa vurduqdan sonra həm orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə bilər, həm də seçdikləri təmayül istiqamətlər üzrə təhsillərini tam orta təhsildə davam etdirə bilərlər. Müxtəlif regionlarda təmayüllərin siniflər təşkili bütün məktəblərdə mümkün olmur. Orada məktəblərin imknalarına uyğun olaraq təmayül siniflər tam komplektləşmir. O zaman bəzi rayonlarda təmayüllərin təşkili imkanı olan müəyyən məktəblərdə bu siniflər təşkil edilir. Təmayül siniflərin təşkil edilməsi prosesi bu qaydada aparılır və konkret məktəblərdə təmayülləşmə prosesi baş verir. Burada heç bir məktəbdə 11 ilk təhsilin ləğvindən söhbət getmir. Təhsil haqqında qanunda 11 illik təhsil nəzərdə tutulub və onun ləğvi mümkün olan hal deyil. Sadəcə bəzi rayonlarda təmayül siniflər müəyyən məktəblərdə yaradılacaq”.

Nazirlik sğözçüsü bildirib ki, təmayül siniflərin təşkili ilə bağlı əsasnaməyə uyğun olaraq təmayül istiqamətlər üzrə siniflərin təşkili imkan olan məktəblərdə yaradılır. Onun sözlərinə görə, yeni tədris ilində bu prosesin kütləvi şəkidlə və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.

**
(15:47)

Azərbaycanın Tovuz rayonunda 11 illik kənd məktəbləri ləğv ediləcək.

AzVision.az-a daxil olan məlumata görə, Tovuzun bir çox kənd məktəbləri 9 illik olacaq. Sakinlərin bildirdiyinə görə, 11 illik tam orta məktəblər əhalisi çox olan kənd və qəsəbələrdə fəaliyyət göstərəcək.

Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova məsələyə münasibət bildirib. Şöbə müdiri AzVision.az-a faktı təsdiqləyərək bildirib ki, bu, yalnız Tovuza aid olan məsələ deyil, digər rayonlarda da proses davam etdirilir.

“Sentyabrın 15-dən Tovuzda 16 məktəb təmayüllər üzrə fəaliyyət göstərəcək, qalan məktəblər isə 9 illik olacaq. Ali məktəblərə hazırlaşan şagirdlər təmayüllərdə təhsillərini qruplar üzrə davam etdirəcəklər. 9-cu sinifdən çıxan şagirdlər isə peşə məktəblərinə gedərək, orada müəyyən ixtisaslar üzrə peşələrə yiyələnəcəklər”.

V.Hüseynova qeyd edib ki, təmayüllü məktəblər zonalar üzrə formalaşacaq. “Təmayüllər üzrə məktəb seçiləndə onların maddi-texniki bazası əsas götürüləcək. Hazırda Tovuzda 23 min şagird, 85 məktəb var ki, bunun da 17 məktəbi ümumi orta, 3-ü isə ibtidai məktəbdir. Müəllimlərin aqibəti yəqin ki, nəzərə alınacaq və dərslə təmin olunacaqlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti